EEVZA: Azərbaycanın oğlanlardan ibarət U-20 millisi mübarizəyə başlayır
- 11-01-2024, 09:36
- İdman
Bu gün 20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ilk matçına çıxacaq.
"Report"un məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Estoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. U-20 turnirdə Latviya, Ukrayna və Polşa kollektivləri ilə də görüşəcək.
Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.