Futbolçuları koronavirusa yoluxmuş millimizin Belçikadakı oyunu təxirə salındı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) Avropa çempionatının seçmə mərhələsində Norveçlə Belçikanın Tübiz şəhərində keçirilməli oyunu təxirə salınıb.
Oxu.Az xəbər verir ki, buna səbəb millimizin üzvlərində koronavirusa yoluxma faktının aşkara çıxmasıdır.
Dünən xəbər verdiyimiz kimi, U-17 millimizin 3 futbolçusunun – Həmzəalı Mikayılov, Adəm Topalov və İbrahim Ağayarovun COVID-19 testi pozitiv nəticələnib. Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün Azərbaycan millisinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək.
Təqvimə əsasən bu gün Bakı vaxtı ilə saat 13:00-da nəzərdə tutulmuş Azərbaycan – Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, bu gün 3-cü qrupun digər görüşündə meydan sahibi Belçika millisi Lüksemburqla görüşəcək. Həmin görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səbuhi Musayev