"Qarabağ"ın rəqibi "Benfika"nın sabiq oyunçusunu heyətinə qatıb
- 19-08-2023, 12:48
- İdman
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Olimpiya" klubu yeni futbolçu transfer edib.
"Report" Lyublyana təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya "Kaza Piya"sından Diogu Pintu heyətə cəlb olunub.
24 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Portuqaliyalı oyunçu 2019/2020 mövsümündə "Benfika"nın əvəzedici komandasında çıxış edib.
Qeyd edək ki, "Qarabağ" "Olimpiya"ya qarşı ilk oyununu avqustun 24-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.