“Araz-Naxçıvan”ın baş məşqçisi dəyişib
- 5-06-2023, 15:55
- İdman
17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəni UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb.
Azərbaycan Futzal Federasiyasından "Report"a verilən məlumata görə, mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.
Baş məşqçi postuna Vitali Borisov təyin olunub.
Ona serb mütəxəssislər - Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.
Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz-Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.