Gövhər tarix yazdı
- 22-10-2022, 10:22
- İdman
Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada keçirilən 20 yaşlı şahmatçıların dünya çempionatında qızıl medalı təmin edib.
Gövhər 10-cu turda Zala Ur (Sloveniya) ilə heç-heçə edib. Yarım xal qazanan şahmatçımız xallarının sayını 8,5-ə çatdırıb. Reqlamentə görə, xallar bərabər olacağı halda şəxsi görüşlər nəzərə alınır. Ona görə də Gövhər son turda uduzsa belə, əsas rəqibi Assel Serikbayla (Qazaxıstan) şəxsi oyunda üstünlüyə malik olduğu üçün nəticə dəyişməyəcək. Beydullayeva birinci yerdə qalacaq.
Qeyd edək ki, G.Beydullayeva Azərbaycan şahmat tarixində ilkə imza atıb. Gövhər 20 yaşlılar arasında çempion olan ilk qadın şahmatçımızdır. Ümumlikdə isə Azərbaycan şahmatçılarından yalnız Şəhriyar Məmmədyarov iki dəfə U-20 dünya çempionatının qalibi olub. O, 2003-cü ildə Naxçıvanda keçirilən, 2005-ci ildə isə İstanbulda baş tutan dünya çempionatlarının qalibi olub.