Miçel Qonsales: “Biz də “Olimpiakos”uq”
- 8-10-2022, 21:17
- İdman
“Məğlubiyyəti unutmalı, qısa zamanda bərpa olunmalıyıq”.
“Report”un məlumatına görə, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales evdə Yunanıstanda “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.
İspaniyalı mütəxəssis bildirib ki, futbolda belə hallar olur:
“Qarşıda OFİ-yə qarşı çempionat oyunumuz var. Keyfiyyətlərini və üstünlüklərini yaxşı bildiyimiz bir rəqibdir. Amma biz də “Olimpiakos”uq. Həmişə bütün oyunlarda qalib gəlməyə çalışmalıyıq”.
Qeyd edək ki, “Olimpiakos” oktyabrın 9-da Yunanıstan Super Liqasının VII turunda OFİ-nin qonağı olacaq. Pirey təmsilçisi bundan dörd gün sonra isə Bakıda “Qarabağ”la Avropa Liqasının qrup mərhələsinin IV tur oyununa çıxacaq.