“Olimpiakos” “Qarabağ”ın önünə 16 futbolçusu olmadan çıxacaq
- 3-10-2022, 16:47
- İdman
Avropa Liqasının (AL) qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos” oktyabrın 6-dakı görüşə məhdud heyətlə çıxacaq.
Fanat.Az-ın araşdırmasına görə, heyətində 40-a yaxın futbolçu olan Pirey təmsilçisi onlardan 16-sının xidmətindən məhrumdur.
Yay transfer pəncərəsində önəmli dəyişikliyə məruz qalan Yunanıstan klubu 12 futbolçusunu AL üçün sifariş etməyə imkan tapmayıb: Xames Rodriges, Sedrik Bakambu, Konstantinos Fortounis, Leonardo Koutris, Konrad de la Fuente, Doron Leidner, Eymundur Kristinsson, Paytim Kasami, Kenni Lala, Diadi Samasseku, Aqibu Kamara, Dibi Keyta.
Bundan başqa, “Olimpiakos”un 4 futbolçusunun zədə səbəbindən “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir. Söhbət Çexiya yığmasının düşərgəsində çiynindən zədələnən və əməliyyata hazırlaşan Tomas Vatslik, həmçinin Usseynu Ba, Xvan Iy Jo və Panayotis Retsosdan gedir.
Yunanıstan mətbuatına inansaq, daha bir əsas heyət üzvü - Yusif Əl-Ərəbi də son çempionat matçında sağ dizinin yan bağının burxulması nəticəsində oyunu davam etdirə bilməyib. Bu, o deməkdir ki, mərakeşli forvard “Qarabağ” və OFİ ilə oyunları buraxacaq. Onun durumuna bu gün keçəcəyi MRT müayinəsində dəqiq aydınlıq gələcək.