azadses.az » İdman » “Qarabağ”ın sabiq məşqçisi: “Viktoriya” “Ferentsvaroş”dan güclüdür”

“Qarabağ”ın sabiq məşqçisi: “Viktoriya” “Ferentsvaroş”dan güclüdür”

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov vaxtilə baş məşqçisi olduğu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə keçirdiyi ilk oyunu dəyərləndirib.

75 yaşlı mütəxəssis Sports.az saytına müsahibəsində Plzen təmsilçisi ilə qolsuz bərabərliyin səbəblərindən danışıb, Çexiyada qələbə qazanmaq üçün nələrə diqqət yetirilməli olduğunu bildirib.

- “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiya çempionu “Viktoriya” ilə qolsuz bərabərə qaldı. Matçın bu cür keçəcəyini gözləyirdiniz?

- “Viktoriya” çox güclü rəqib olduğunu göstərdi. Ümumiyyətlə, “Qarabağ”ın beyni orta sahədir. Ora elə oyunçular yığılıblar ki, əsas işi onlar görürlər. Çexlər isə dünən yarımmüdafiəçilərin hər birini bağlamaq üçün futbolçu ayırmışdılar. Oyun ərzində bu cür müdafiəyə qarşı çıxış etmək ağırdır. Buna fiziki güc və səbir lazımdır. “Qarabağ”ın oyunçularına bu baxımdan ən çox mənfi təsir edən amil havanın isti olması idi. Belə vəziyyətdə birə-bir oynamaq ağırdır. Buna baxmayaraq, təmsilçimiz birinci hissəni əla keçirdi. Heyf ki, qol imkanlarından yararlana bilmədilər. Bir qol mütləq lazım idi ki, rəqib Çexiyada açıq oyun sərgiləsin.

- Dediyiniz həmin bir qolu vurmaq üçün nə çatmadı?

- Rəqibin qapıçısı da yaxşı idi. Amma düşünürəm ki, futbolçular son zərbələrdə tələsirdilər. 6-cı dəqiqədəki epizodda İbrahima Vadji özü zərbə vursaydı, bəlkə də, qolla yekunlaşacaqdı. Amma Marko Veşoviç onu qabaqladı, topu istədiyi kimi küncə fırlada bilmədi. Erkən qol da hər şeyi dəyişəcəkdi. İstər-istəməz “Viktoriya” topa yiyələnəndə irəli atılacaqdı. Bu da boşluqlara yol açacaqdı. İlk yarıda tam üstünlük “Qarabağ”ın tərəfində idi, hər bir futbolçu nə etmək lazım olduğunu bilirdi.

- Müasir futbolda hər futbolçudan, hətta qapıçıdan da yaradıcılıq tələb olunur. Hələ də birə-bir müdafiəçi ayırmaq keçmişdən qalan düşüncə deyil?

- Keçmişdən qalan metoddan indi istifadə edirlərsə, yaxşı haldır. İndi komandaların çoxu pressinqə üstünlük verir. Bunu keçmişdə də edirdilər. 1986-cı ildə SSRİ yığması Macarıstanı pressinq sayəsində 6:0 hesabı ilə məğlub etmişdi. Pressinq total futbolun bir növüdür. İndi ingilis klublarının hamısı pressinq edir, rəqibin qapıçısına belə, rahat oyun qurmaq imkanı vermirlər. Bu, müasir futbol deyil. Sadəcə, futbol elementləri dəyişib. İndi sürət artıb, əvəzində fərdi bacarıqlı oyunçu azalıb. Azərbaycan futbolu cinahlar və sürətli qısa ötürmələr üzərində qurulub. Həmçinin rəqibin cərimə meydançasında hücumçuya biclik lazımdır. Məsələn, dünənki matçın qol epizodları zamanı oyunçularda sakitlik olsaydı, hesabı aça bilərdik.

- “Viktoriya”nın hücum qurmaqdan çox, rəqib hücumçularını zərərsizləşdirməyə çalışması onların qorxmasından xəbər vermir?

- Qorxu deməzdim. Sadəcə, haradan zərbə gələcəklərini bilirdilər və onun da qarşısını alırdılar. Baş məşqçinin düşünülmüş taktikası idi.

- “Viktoriya” daha güclü təsir bağışladı, yoxsa “Qarabağ”ın 3-cü təsnifat mərhələsində üstələdiyi “Ferentsvaroş”?

- “Viktoriya” “Ferentsvaroş”dan güclüdür. Müdafiəçiləri çox sakit idi, səhv etmirdi. Hətta matçın sonlarında arxada top saxlamağa çalışdılar. Avropada yaradıcı futbol azalıb. Çünki fərdi cəhətdən seçilən oyunçu yoxdur. İndi cinah keçidlərinə, sürətə, uzun ötürmələrə və çox qaçmağa fikir verirlər.

- “Qarabağ” cavab oyununda rəqibini nəyin hesabına üstələyə bilər?

- Yalnız öz oyunu hesabına. “Viktoriya”nın ən böyük silahı künc zərbələri və standart vəziyyətlərdir. “Qarabağ” cavab matçı öncəsi bunun üzərində işləməli olacaq. Rəqibə mümkün qədər az korner yerinə yetirmək imkanı vermək lazımdır.

- Yəni rəqibi qapıdan uzaqda saxlamaq lazımdır. Komanda səfərdə bunu bacara biləcək?

- Bu, mümkün deyil. Çünki “Viktoriya” da təzyiq edəcək. Bu təzyiqdən çıxmaq lazımdır. “Qarabağ” da bunu bacaran komandadır. “Ferentsvaroş”la Macarıstanı oyunu yada salın. İlk 10 dəqiqəni bizim komandamız hücumda keçirdi və rəqibin start planını pozdu. Məncə, “Qarabağ” “Viktoriya”ya qarşı Çexiyada da eyni oyun üslubundan yararlanmalıdır.

- Sizcə, “Qarabağ”ın “Viktoriya”nı keçmək şansı nə qədərdir?

- “Qarabağ” səfər oyunlarını əla keçirir. Motivasiya yüksək, səhvlər az olub. “Qarabağ”ın Premyer Liqada “Turan Tovuz”la oyununun təxirə salınması yerində idi. Söhbət fiziki durumdan yox, havanın isti keçməsindən gedir. İsti hava futbol keyfiyyətini öldürür, yorğunluq gətirir. “Viktoriya” ilə görüşün ikinci hissəsində “Qarabağ” elə də çox hücum edə bilmədi. Bu da istinin nəticəsidir. O ki qaldı şanslara, məncə, “Qarabağ” “Viktoriya”nı keçəcək. Ən azı Plzendə Bakıdakı kimi isti olmayacaq. Əsas itki 12-ci oyunçumuzun orada olmamasıdır. Olsa da, çox az sayda azarkeş komandanı dəstəkləyə biləcək. Sayları az olsa belə, onların stadionu ələ alacaqlarına inanıram.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 62 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası olub
  2. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  3. Zaqatalada 44 yaşlı qadını qətlə yetirən qardaşı tutulub - YENİLƏNİB
  4. Sabunçu rayonunda avtomobil yolu keçən piyadanı vurub
  5. Bakıda 14 yaşlı yeniyetmə yol qəzasında xəsarət alıb
  6. Bakıda yol qəzası olub, xəsarət alan var
  7. Bakıda gənc qadın yol qəzasında xəsarət alıb
  8. Xırdalanda motosiklet avtomobillə toqquşub, maşındakı uşaq yaralanıb
  9. Sarayda 9 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Bakıda ərəb turisti avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycanla təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb. “Report”un Ətraflı
Xalq artisti: "Sənət bazar deyil, özünə qiymət qoyasan"
Xalq artisti: "Sənət bazar deyil, özünə qiymət qoyasan"
"Sənət bazar deyil, özünə qiymət qoyasan". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib