İslamiada: Azərbaycanın stolüstü tennis yığması növbəti qələbəsini qazanıb - FOTO
- 10-08-2022, 17:19
- İdman
![](/uploads/posts/2022-08/medium/1660140156_s.jpg)
“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, qrup mərhələsinin II turunda Uqanda seçməsi ilə qarşılaşan yığma rəqibini 3:0 hesabı ilə məğlub edib.
Kollektiv bu gün son turda Türkiyə ilə görüşəcək.
Qeyd edək ki, qrup mərhələsinin ilk tur oyununda Mavritaniya yığması iştirak etmədiyi üçün Azərbaycana texniki qələbə verilib.
![](/uploads/posts/2022-08/medium/1660140145_iu.jpg)