Canni De Byazi “Qarabağ”ın iki futbolçusunu iştirak ərizəsindən çıxartdı
Azərbaycan yığmasının bu gün Belarusa qarşı keçirəcəyi UEFA Millətlər Liqasının II tur matçı üçün “23-lüy”ü müəyyənləşib.
Oxu.Az xəbər verir ki, baş məşqçi Canni De Byazinin 26 futbolçudan bu dəfə hansı üçünü oyunun iştirak ərizəsindən kənarda saxlamasına aydınlıq gəlib.
Bunlar Polşanın “Visla” (Plotsk) komandasının müdafiəçisi Anton Krivotsyuk, həmçinin “Qarabağ”ın mərkəz müdafiəçisi Bədavi Hüseynov və cinah oyunçusu Toral Bayramovdur.
Krivotsyuk ilk turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzduqları görüşdə də “23-lük”dən kənarda qalmışdı. Onunla birlikdə “Qarabağ”ın daha bir cinah müdafiəçisi Abbas Hüseynov və “Zirə”nin yarımmüdafiəçisi Coşqun Diniyev də iştirak ərizəsində yer almamışdılar.
Qeyd edək ki, bu gün Serbiyanın Novi Sad şəhərindəki “Karacorce” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.