Federasiyadan açıqlama: “Azərbaycana deportasiya olunacaq idmançının bizimlə heç bir əlaqəsi yoxdur” - FOTO
Avstriyanın “UTTC Zalsburq” klubunda çıxış edən 13 yaşlı stolüstü tennisçi Hüseyn Səlimov ailəsi ilə birgə Azərbaycana deportasiya olunacaq.
Bu barədə Avstriyanın “Salsburger nachrichten” (“Zalsburq xəbərləri”) qəzeti məlumat yayıb.
Klubun vitse-prezidenti və idman direktoru olan Valter Vindişbauer verdiyi açıqlamasında onun ailəsi ilə birgə immiqrasiya polisi tərəfindən tutulduğunu və bu səbəbdən də Bundesliqa yarışında iştirak etmədiyini bildirib.
Vindişbauer bildirib ki, idmançı 5 ildir bu klubun üzvüdür və komandaya yaxşı inteqrasiya olunub. Klub rəsmisi azərbaycanlı idmançının hazırda komandada ən yaxşı stolüstü tennisçilərdən biri olduğunu sözlərinə əlavə edib: “Şənbə günü günortadan sonra 6 polis məmuru ailəni Alpenştrassedəki sığınacaqdan Zalsburqdakına apardı. Oradan isə sığınacaqda saxlanılmamaq qərarı verilib, Vyanaya köçürüldülər. Sabah Azərbaycana deportasiya olunmalıdırlar. Ancaq biz siyasi təzyiq etməyə çalışacağıq”.
Avstriyanın “Kronen Zeitung” (“Tac qəzeti”) isə yazır ki, saat 13:00 radələrində Səlimovlar ailəsinə bu barədə zəng gəlib. Çərşənbə axşamı onları deportasiya etmək üçün təyyarə gözləyir. Deportasiya xəbərdarlığında isə deyilir: “Azərbaycan nisbətən yaxşı təhlükəsizlik vəziyyəti və cinayət səviyyəsinin aşağı olduğu ölkədir”.
Ailənin hüquqşünası Kurt Yelinek isə deyir ki, hakimiyyət deportasiya qərarında humanist yanaşmır:
“Onlara sığınacaq verilməsinin səbəbi şübhəli ola bilər, lakin hakimiyyətin davranışı da humanizm baxımından şübhəlidir. Xəbərdarlıqda dəqiq yazılıb ki, siz 15 fevral 2022-ci ildə deportasiya barədə məlumatlandırılacaqsınız. 20:55-də uçuş planlaşdırılır”.
2016-cı ilin yayından Zalsburqda məskunlaşmış ailədə Hüseynin anası alman dili kurslarına gedir, özü isə Mirabell düşərgəsində təhsil alır.
“Hüseyn əla oğlandır, həmişə mehribanlığı ilə seçilir. O, məktəbdə yaxşı oxuyur və alman dilində çox yaxşı danışır. Polislər Hüseyni və valideynlərini aparanda mən də orada idim. Hamı ağlayırdı. Hətta qoca yaşda mənim də gözümdən yaş axırdı”, – deyə Valter Vindişbauer deyib.
Məsələ ilə bağlı Azərbaycan Stolüstü Tennis Federasiyasının da mövqeyini öyrəndik. Federasiyanın mətbuat xidmətinin rəhbəri Elmar Məlikovun Oxu.Az-a verdiyi açıqlamaya görə, bu idmançının qurumla heç bir əlaqəsi yoxdur:
“Bu idmançının bizim federasiya ilə heç bir bağlılığı yoxdur. Görünür, stolüstü tennislə Avstriyada məşğul olmağa başlayıb. Çünki onun hansısa Azərbaycan klubunda stolüstü tennislə məşğul olmasına dair bizdə məlumat yoxdur”.