Tokioda Olimpiada vaxtı fövqəladə vəziyyət elan ediləcək
Tokioda 12 iyul-22 avqust dövründə koronavirusa yoluxmada artımla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq ediləcək.
RT-nin məlumatına görə, bu barədə Yaponiyanın İqtisadi Bərpa naziri Yasutosi Nisimura bildirib.
Bəyandan görünür ki, fövqəladə vəziyyət olimpiadaların keçirildiyi vaxtı əhatə edir.
“Tokioda xəstəliklərin sayında artım tendensiyası davam edir, buna əlavə olaraq “delta” ştammı da yayılır. Yeri gəlmişkən əhalinin aktivliyinin artdığı vaxt - yay mövsümü daxil olur”, - deyə o, qərarı izah edərkən bildirib.
Bundan əlavə, eyni dövr üçün hökumət, Okinava prefekturası üçün müvafiq tədbirləri uzadır.
Keçən həftə Tokioda COVID-19-a yoluxmada bir ay üçün maksimum artım qeydə alınıb.