Главная > Hadisə > Bakı metrosunda qatarın hərəkətində yaranmış nazaslıq səbəbindən sərnişin sıxlığı yaranıb
Bakı metrosunda qatarın hərəkətində yaranmış nazaslıq səbəbindən sərnişin sıxlığı yaranıb20-12-2019, 08:07. Разместил: azadses |
Bu gün səhər saat 7 radələrində metronun "İçərişəhər" stansiyasında qatarların birinin hərəkətində texniki nasazlıq yaranıb. Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O qeyd edib ki, qatar sərnişinsiz olmaqla Depoya göndərilib: “Həmin qatarın əvəzin digər qatar xəttə çıxsa da, "İçərişəhər" istiqamətində 8 dəqiqəlik yubanma yaranıb. Yubanma interval olaraq 2 qatar arasında olub. Nəticədə metropolitendə sərnişin sıxlığı yaranıb. Hazırda dispetçerlər tərəfindən intervalın normaya salınması, ümumi qrafikin bərpası istiqamətində işlər görür. Qısa müddətdə problem aradan qaldırılacaq.” Вернуться назад |