Главная > Hadisə > Tərtərdə avtomobil piyadanı vuraraq xəsarət yetirib, vəziyyəti ağırdır
Tərtərdə avtomobil piyadanı vuraraq xəsarət yetirib, vəziyyəti ağırdır22-08-2024, 15:33. Разместил: azadses |
Tərtər rayonunda 26 yaşlı gənc yol qəzasında xəsarət alıb. "Report"un məlumatına görə, 1998-ci il təvəllüdlü Məmmədli İlqar Kamil oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Fakt araşdırılır. Вернуться назад |