Tərtərdə avtomobil piyadanı vuraraq xəsarət yetirib, vəziyyəti ağırdır
- 22-08-2024, 15:33
- Hadisə
Tərtər rayonunda 26 yaşlı gənc yol qəzasında xəsarət alıb.
"Report"un məlumatına görə, 1998-ci il təvəllüdlü Məmmədli İlqar Kamil oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Fakt araşdırılır.