Главная > Hadisə / Manset > Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq oldu

Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq oldu


18-02-2023, 09:13. Разместил: admin
Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq oldu

Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq olub.

“Report”un məlumatına görə, birinci hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Quliyev Vahid Məmmədəli oğlu dava zamanı döyülüb. V.Quliyev xəstəxanaya çatdırılıb.

Digər hadisə isə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.

2010-cu il təvəllüdlü Babayev Dəniz Vilayət oğlu dava zamanı döyülüb. O, xəstəxanaya çatdırılıb. Müayinə zamanı D.Babayevə bədənin müxtəlif sahələrinin əzikləri diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.
Вернуться назад