Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq oldu
Bakıda iki yeniyetmə döyülərək xəstəxanalıq olub.
“Report”un məlumatına görə, birinci hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Quliyev Vahid Məmmədəli oğlu dava zamanı döyülüb. V.Quliyev xəstəxanaya çatdırılıb.
Digər hadisə isə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində baş verib.
2010-cu il təvəllüdlü Babayev Dəniz Vilayət oğlu dava zamanı döyülüb. O, xəstəxanaya çatdırılıb. Müayinə zamanı D.Babayevə bədənin müxtəlif sahələrinin əzikləri diaqnozu qoyulub.
Hər iki faktla bağlı araşdırma aparılır.