Главная > Hadisə / Manset > Türkiyədə dəhşətli zəlzələ baş verib - CANLI YAYIM + YENİLƏNİB

Türkiyədə dəhşətli zəlzələ baş verib - CANLI YAYIM + YENİLƏNİB


6-02-2023, 08:31. Разместил: admin
Türkiyədə dəhşətli zəlzələ baş verib - CANLI YAYIM + YENİLƏNİB

Bu gün Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib.

Haber Global dağıntılar olan yerdən canlı yayıma çıxıb:



06:51

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.
Вернуться назад