Главная > Hadisə / Manset > Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi AÇIQLANDI

Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi AÇIQLANDI


13-01-2023, 21:17. Разместил: admin
Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi AÇIQLANDI

Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilir ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində dörd nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.
Вернуться назад