Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi AÇIQLANDI
Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi məlum olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilir ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində dörd nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.