Главная > Hadisə > Yevlaxda sürücü maşını dirəyə vurdu: Ölənlər var

Yevlaxda sürücü maşını dirəyə vurdu: Ölənlər var


29-10-2022, 19:22. Разместил: admin
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə ötən gün şəhər qeydə alınıb. Şəhər sakini Həsən Mirzəyev idarə etdiyi VAZ-21074 markalı avtomobili beton dirəyə vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, H.Mirzəyev və sərnişinlərdən Rüfət Həmidov orada ölüblər.

Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Вернуться назад