Yevlaxda sürücü maşını dirəyə vurdu: Ölənlər var
- 29-10-2022, 19:22
- Hadisə
![](/uploads/posts/2022-10/medium/1667057035_fotojet-2022-09-29t222631_969.jpg)
DİN-in Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə ötən gün şəhər qeydə alınıb. Şəhər sakini Həsən Mirzəyev idarə etdiyi VAZ-21074 markalı avtomobili beton dirəyə vurub.
Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, H.Mirzəyev və sərnişinlərdən Rüfət Həmidov orada ölüblər.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.