Главная > Hadisə / Manset > Oğuzda meşə yanır - FOTO

Oğuzda meşə yanır - FOTO


24-08-2022, 16:44. Разместил: admin
Oğuz rayonunda dağlıq ərazidə yanğın başlayıb.

“Report” məlumatına görə, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.

Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunublar.

Hazırda yanğın davam edir.



Вернуться назад