Oğuzda meşə yanır - FOTO
![](/uploads/posts/2022-08/medium/1661340866_to.jpg)
“Report” məlumatına görə, yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, yüksək dağlıq ərazidə qeydə alınıb.
Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi həyəti, o cümlədən meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunublar.
Hazırda yanğın davam edir.
![](/uploads/posts/2022-08/medium/1661340870_oguz.jpg)