Главная > Hadisə > Yevlaxda yanğın olub, xəsarət alan var

Yevlaxda yanğın olub, xəsarət alan var


23-02-2021, 08:04. Разместил: azadses
Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

"Azad Səs"-in Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Вернуться назад