Главная > Hadisə > Azərbaycanda tanınmış jurnalist koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda tanınmış jurnalist koronavirusdan dünyasını dəyişdi


15-12-2020, 11:22. Разместил: azadses
Hərbi jurnalist, "AZERI DEFENCE" jurnalının və azeridefence.com saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov vəfat edib.

''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxan jurnalist evdə müalicə alırmış.

O, ötən gecə həyatını itirib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitərən R.Süleymanov “525-ci qəzet”, “Həftə içi” qəzeti, APA informasiya agentliyi və digər media qurumlarında çalışıb.

2012-ci ildən dərc olunan hərbi sahəyə aid “AZERI DEFENCE” jurnalının təsisçisi və baş redaktoru idi.

Allah rəhmət eləsin!


Вернуться назад