Azərbaycanda tanınmış jurnalist koronavirusdan dünyasını dəyişdi
- 15-12-2020, 11:22
- Hadisə
![](/uploads/posts/2020-12/medium/1608020410_nnn1.jpg)
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxan jurnalist evdə müalicə alırmış.
O, ötən gecə həyatını itirib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitərən R.Süleymanov “525-ci qəzet”, “Həftə içi” qəzeti, APA informasiya agentliyi və digər media qurumlarında çalışıb.
2012-ci ildən dərc olunan hərbi sahəyə aid “AZERI DEFENCE” jurnalının təsisçisi və baş redaktoru idi.
Allah rəhmət eləsin!
![](/uploads/posts/2020-12/medium/1608020454_nnn2.jpg)