Bərdədə evi tərk edən iki COVID-19 xəstəsi saxlanıldı
- 2-12-2020, 10:50
- Hadisə
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirusa yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş iki rayon sakini- A.Bayramov və B.Bəhrami müəyyən edilib.
Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar.
Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.Oxu.az