Bakıda avtomobil təmiri sexində yanğın oldu
- 16-11-2020, 09:03
- Hadisə
![](/uploads/posts/2020-11/medium/1605506613_1544505611_006yanginfhn1491542501.jpg)
''Azad Səs'' FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 450 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 m² sahədə yanıb.
Sexin qalan hissəsi və içərisində olan “ВАЗ” markalı minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.