azadses.az » Hadisə » Sərxoş sürücü 5 qohumunu belə öldürdü - TƏFƏRRÜAT

Sərxoş sürücü 5 qohumunu belə öldürdü - TƏFƏRRÜAT

Dekabrın 1-də Şəmkir rayonunda "Mitsubishi Pajero" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
Azadsəs-in məlumatına görə, 1-i azyaşlı olmaqla 5 nəfər öldüyü qəza ilə bağlı araşdırmalar davam etdirilir. 
İlkin araşdırmalar nəticəsində məlum olub ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Abdıyev Tural Aydın oğlu toydan çıxaraq taksi ilə evinə gedib. O, evə çatdıqdan sonra özünə məxsus avtomobilə əyləşərək siqaret almaq üçün marketə yollanıb. Sərxoş vəziyyətdə olan T.Abdıyev idarəetməni itirərək “VAZ-21011” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-21011” markalı avtomobildə olan sürücü və onun ailə üzvləri ölüb.
Qəzanı törədən sürücü barəsində isə cinayət işi başlanılıb və o, həbs edilib.
Məlumata görə, “VAZ-21011” markalı avtomobildəki sürücü və ailəsi, eləcə də qəza törədən sərxoş sürücü eyni toy məclisində olublar. “VAZ-21011” markalı avtomobilin sürücüsü sərxoş sürücünün yeznəsinin qardaşı, ölənlərdən biri isə elə öz yeznəsidir.
Bu hadisə son günlərin vacib və aktual bir məsələsini gündəmə gətirib. Belə ki, ilin son aylarında toy mərasimlərinin tez-tez keçirilməsi səbəbindən sərxoş sürücülərin iştirakı ilə baş verən yol qəzalarının sayının artması müşahidə olunur. Lakin nədənsə sərxoş sürücülərin qəza törətməmiş vaxtında aşkarlanması üçün Dövlət Yol Polisi əməkdaşlarının restoranların, kafelərin, şadlıq saraylarının və digər istirahət obyektlərinin yaxınlığında nəzarəti gücləndirərək reydlər keçirməsi bəzi insanların narazılığına səbəb olur və ictimai qınaq lazımi istiqamətə yönəldilmir. Yəni bəzi şəxslər sosial şəbəkələrdə qaraguruh salaraq bu təhlükəsizlik tədbirlərini əhalinin incidilməsi kimi qələmə verməklə, bəlkə də özləri də bilmədən sürücülərin sərxoş vəziyyətdə avtomobil idarə etmələrinə şərait yaratmış olurlar.
Yol polisi isə hesab edir ki, vətəndaşlar da bu məsələyə düşünülmüş şəkildə yanaşmalı, sürücülərin sükan arxasına sərxoş vəziyyətdə əyləşməsinə yol verməməli, bu işdə aktivlik göstərməli, lazım gələrsə sərxoş sürücülər barədə polisə məlumat verməlidir: “Heç kim istəməz ki, yaxını, tanışı içkili halda maşın sürüb faciə törətsin. Ona görə də, vətəndaşlar özləri bu cür insanları sükan arxasına keçməkdən çəkindirməli, nəyin bahasına olursa olsun həmin şəxslərin avtomobil idarə etməsinə imkan verməməlidirlər. Çünki sərxoş sürücünün ani bir diqqətsizliyi faciəvi hadisəyə yol aça bilir.
Maraqlısı odur ki, bu qəzanın səbəbkarı olan sürücü sərxoş vəziyyətdə evdən çıxarkən ailə üzvləri tərəfindən ona “dur” deyən olmayıb. Bu cür hallarda sürücünün yaxınları ona sərxoş olduğunu bildirməli və avtomobili idarə etməkdən yayındırmalıdırlar. Sürücü buna məhəl qoymazsa dərhal polisə məlumat vermək lazımdır. Qoy polis onu saxlayıb 400-500 manat cərimə etsin, amma yol qəzası törədib kiminsə ailəsinə faciə yaşatmasın. Bizdə bəzən polisə məlumat verən şəxslərin hərəkəti normal qəbul olunmur”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"