Azad edilmiş ərazilərdə minaya düşən şəxslərin sayı açıqlanıb
- 28-11-2023, 18:00
- Hadisə
"Minalarla çirklənmiş ərazilər yalnız insanların başlıca hüquqlarına deyil, eləcə də təhlükəsiz ətraf mühitə və təmiz ekoloji şəraitə, sosial-infrastruktur fəaliyyətlərinə təhlükə törədir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 337 nəfər müharibənin partlayıcı qalıqlarının qurbanı olub, 65 nəfər həyatını itirib, 272 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"Bununla yanaşı, dayanıqlı inkişaf, innovativ həllər və qabaqcıl təcrübələrə dair öhdəliklərimizə uyğun olaraq, Azərbaycan minaların təmizlənməsi ilə davamlı inkişaf məqsədlərinə nail olunması arasındakı əlaqənin əhəmiyyətini dərk edir. Bu məqsədlə biz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə spesifik Milli Dayanıqlı İnkişaf Məqsədini müəyyənləşdirməyə çalışırıq. Bundan əlavə, minalarla mübarizənin prioritet təyin edilməsi ilə 18-ci Dayanıqlı İnkişaf Məqsədinin qlobal miqyasda bölüşdürülməsini təklif edirik", - V.Süleymanov qeyd edib.