Vaqif Xaçatryanın Meşəli sakinlərinə köməyə gəldikləri üçün qətlə yetirdiyi polis və hərbçilərin adları məlum olub
- 17-10-2023, 13:57
- Hadisə
Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılması üçün köməyə gəldikləri üçün qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb.
"Report"un məlumatına görə, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları - 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayat Eldar oğlu, 06 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 701 (keçmiş 18110) N-li hərbi hissəsinin hərbi qulluqçuları - 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 9 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musal Mirzağa oğlu və könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu Vaqif Xaçatryan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetirilib.