Yevlaxda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
- 28-09-2023, 10:25
- Hadisə
Sentyabrın 28-də Yevlax rayonu, Tanrıqulular kənd sakini 1963-cü il təvəllüdlü Zinyət Zamanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yevlax rayon prokurorluğundan "Report" a bildirilib ki, araşdırma zamanı 1960-cı il təvəllüdlü Mehman Zamanovun aralarında yaranmış mübahisə zamanı arvadı Zinyət Zamanovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə tüfənglə atəş açaraq özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam edir.