Sumqayıtda mənzildən meyit aşkarlandı
- 15-02-2023, 08:40
- Hadisə
![Sumqayıtda mənzildən meyit aşkarlandı](/uploads/posts/2023-02/fotojet-4-4-1.jpg)
Sumqayıtda mənzildən meyit aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112”qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.