Bakıda mənzildən kişi meyiti tapıldı
- 12-11-2021, 21:24
- Kriminal
![](/uploads/posts/2021-11/medium/1636735697_qapi.jpg)
“Azadsəs.com” bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumatda bildirilir ki, paytaxtın Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Sərdarov Tahir Elmiran oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.