Azərbaycanlı futbolçunun atası həbsxanada öldü
- 10-01-2023, 20:47
- Hadisə
Bakıda məhkum həbsxanada ölüb. Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Məhkum Zahid Balabəy oğlu Novruzov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
“Futbolinfo”nun məlumatına görə, Zahid Novruzov futbolçu Nurlan Novruzovun atasıdır.
Futbolçunun atası 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı başından güllələyərək öldürüb. Daha sonra isə intihar məqsədi ilə özünü vurub. Təcili xəstəxanaya yerləşdirilən Novruzovun həyatı xilas edilib.
Zahid Novruzov məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.