Bakı şəhərinin Xəzər rayonunda hasara alınmış ərazidə 800 m² sahədə məişət tullantıları yanıb, bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.