Lənkəranda 61 yaşlı müəllim özünü meşədə asdı
Lənkəran rayonunda 61 yaşlı kişi özünü asıb.
“Report”un məlumatına görə, hadisə rayonun Gəgiran ərazi nümayəndəliyinə aid Diryan kəndində baş verib.
Belə ki, bədən tərbiyəsi müəllimi, 1961-ci il təvəllüdlü Allahyar Qasım oğlu Rəhmətovun kəndə yaxın meşə ərazisində meyiti tapılıb.
Yaxınlarının sözlərinə görə, dünən gecədən evə qayıtmadığından ailə üzvləri onu axtarıb və meyitini meşəlik ərazidə asılmış vəziyyətdə aşkar ediblər.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.