Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb
![](/uploads/posts/2022-10/medium/1665225364_fotojet-1-1.jpg)
Bakıda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Kunanbayev küçəsindəki mənzillərin birindən 10 000 manat, 15 000 ABŞ dolları və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Fərid Nəbiyev müəyyən olunaraq saxlanılıb.