![](/uploads/posts/2022-10/medium/1664690651_yangin.gif)
Bakıda avtomobil yanıb.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonunda “Nissan” markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.