Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölənlərdən biri həkim imiş - YENİLƏNİB
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun həyat yoldaşı Məmmədova Mahirə Mahir qızı həyatını itirib.
Məmmədova Mahirə Mahir qızı paytaxta yerləşən estetik klinikalardan birində kosmetoloq kimi fəaliyyət göstərib.
Bu barədə həmin klinikanın baş həkimi Natavan Babayeva məlumat verib.
O bildirib ki, qəza həkim işə gələrkən baş verib.
Həkimin iki övladı olub.
11:10
Bakıda ağır yol-nəqliyyat hadisəsində ölən şəxslərin adları məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bunlar “Toyota Prius” markalı avtomobilinin sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızıdır.
Hazırda araşdırma aparılır.
10:48
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb.
Qəza nəticəsində “Prius”un sürücüsü və sərnişini vəfat edib.
Faktla bağlı araşdırma aparılır.