Bakıda 13 yaşlı sevgilisinə görə həyatını itirən oğlanla bağlı prokurorluq hərəkətə keçdi - YENİLƏNİB
Bakıda itkin düşdükdən bir müddət sonra meyiti tapılan 16 yaşlı oğlan qəsdən öldürülüb.
Oxu.Az bildirir ki, bu barədə Sabunçu Rayon Prokurorluğunun məlumatında deyilir.
Qeyd olunur ki, sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri aparılıb və oğlanın qəsdən öldürüldüyü müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qonşusu, 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
11:35
Bakıda itkin düşən oğlanın meyiti aşkar edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkar edilib.
Məlumata görə, 16 yaşlı oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb.
Hazırda faktla bağlı araşdırma aparılır.