Abşeronda usta faciəli şəkildə öldü
Abşeronda usta faciəvi şəkildə ölüb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 8-i saat 18 radələrində Abşeron rayonu, Fatmayı kəndində 1959-cu il təvəllüdlü Elşad Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Elşad Məmmədov qeyd edilən kənd ərazisində yerləşən fərdi yaşayış evində usta kimi suvaq işləri görən zaman hündürlükdən yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.