Şirvan sakini daşla qətlə yetirilib
![](/uploads/posts/2022-08/medium/1661439331_mr.jpg)
APA xəbər verir ki, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində baş verib.
Daşqın adlı şəxs münaqişə zəminində qəsəbə sakini, 1969-cu il təvəllüdlü Kamran Qocayevi daşla vuraraq qətlə yetirib. O, hadisə yerindən qaçıb. Həmin şəxsin saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.