Bakıda avtomobil 6 yaşlı uşağı vurub
![](/uploads/posts/2022-08/medium/1661322395_yyy.jpg)
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Səməd Vurğun küçəsində avtomobil yolu keçən 2016-cı il təvəllüdlü Ağayev Yusif Heydər oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.