Bakıda “Audi Q7” piyadanı vuraraq ÖLDÜRDÜ
![](/uploads/posts/2022-08/medium/1660031653_au.jpg)
Lent.az-ın məlumatına görə, hadisə Xəzər rayonu ərazisində, Qala-Pirallahı yolunda qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Vüqar Əliyev idarə etdiyi “Audi Q7” markalı, 10-TY-515 dövlət nömrə nişanlı maşınla 40-45 yaşlı kişini vurub.
Nəticədə hələlik şəxsiyyəti məlum olmayan şəxs hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.