Pivə süzərkən faciəvi şəkildə öldü
Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Xaçmaz Mexanizasiya Nəqliyyat” ASC-nin ərazisində yerləşən kafedə işləyən Xəlilov Seyidəmir Elnur oğlu pivə aparatından qədəhə içki süzərkən ölüb. Məlum olub ki, gənc oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, həmin kafeni Seyidəmir Xəlilovun dayısı ASC-dən icarəyə götürərək işlədirmiş.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.