Venesuelanın Zulia əyalətinin Xesus Mariya Kemprum bələdiyyəsində fərdi evdə baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb.
Məlumata görə, ölənlər arasında üç azyaşlı və bir hamilə qadın var. İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.