Cəlilabadda 20 yaşlı oğlan intihar edib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asıb.
Faktla bağlı araşdırma aparılır.