Rusiyada bağçaya silahlı hücum - 4 ölü
Rusiyanın Ulyanovsk vilayətində naməlum şəxs uşaq bağçasına daxil olaraq atəş açıb.
“Azadsəs.az” “Lenta.ru”ya istinadən xəbər verir ki, atışma nəticəsində 2 uşaq və 1 dayə həlak olub. Atəş açan şəxs daha sonra özünü güllələyərək intihar edib.
İlkin məlumata görə, hadisəni törədən şəxs 68 yaşıı Aleksandr Dronin ola bilər. Belə ki, silah sözügedən şəxsin adına qeydiyyatlı olub. Dronin silahı götürərək həyat yoldaşına ova getdiyini bildirib. Atəş açan şəxsin üzü intihar zamanı tanınmaz hala düşdüyündən onun şəxsiyyətini təyin etmək çətinlik yaradıb. Hazırda polis Dronini axtarır.